Xavi təslim oldu: Gedirəm
“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Aut.az xəbər verir ki, o, bunu La Liqanın 22-ci turunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra açıqlayıb:
“Mənə suallar verməzdən əvvəl, iyunun 30-da “Barselona”dan ayrılacağımı bildirmək istərdim. Bu, birinci vitse-prezident Rafa Yuste ilə birgə verdiyim qərardır. Vəziyyət dəyişməlidir. Bu istiqamətdə işi davam etdirə bilmərəm. İnanıram ki, klubun dinamik dəyişikliklərə ehtiyacı var. Çox gərgin oynayırıq. “Barsa”nın yaxşılığı üçün getməyim daha yaxşıdır. Qalan matçlarda əlimdən gələni edəcəyəm. Düşünürəm ki, bütün bunlar dinamikanın dəyişməsinə kömək edəcək. Mənim çatdırmaq istədiyim mesaj budur”.
Kataloniya klubu da Xavinin mövsümün sonunda gedəcəyi ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, Xavinin hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. 44 yaşlı ispaniyalı 2021-ci ilin noyabrından “Barselona”da çalışır.
