Boks

Onların döyüşməsinə icazə verilmədi: Necə olacaq?

Ümumdünya Boks Təşkilatının (WBO) prezidenti Fransisko Valkarsel rus əsilli avstraliyalı boksçu Tim Tszyu və amerikalı Keyt Turman arasında keçiriləcək döyüşlə bağlı qərar verib.

Aut.az xəbər verir ki, Valkarsel bu görüşün qurumu tərəfindən tanınmayacağını bildirib. İcazə verilməməsinə rəğmən döyüş baş tutacaq və WBO-nun titul statusuna malik olmayacaq. Sadəcə şou xarakter daşıyacaq.

Sözügedən idmançıların dueli martın 30-da Las-Veqasda (ABŞ) keçiriləcək boks gecəsində baş tutacaq. Tim Tszyu gənclər arasında orta çəkidə WBO çempionudur.