İngiltərə

Daha bir iddia: Klopp “Liverpul”u bu komandaya dəyişir

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda İtaliya “Roma”sına rəhbərlik edə bilər.

Aut.az xəbər veririk, bu barədə “Il Messagerro” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırkı baş məşqçi Daniele De Rossinin rəhbərlik etdiyi “Roma” inamsız oyun nümayiş etdirsə, mövsümün sonunda bu mövqe boş qalacaq. Eyni zamanda, “Roma” rəhbərliyi Kloppu yayda komandaya rəhbərlik etməyə razı salmağa çalışacaq.

Daha əvvəl “Barselona”nın prezidenti Joan Laportanın Kloppu dəvət etmək arzusunda olduğu barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlayıb. Alman mütəxəssis açıqlamasında artıq məşqçilik üçün enerjisinin qalmadığını bildirib.

Aut.az