Almaniya

“Bavariya” onun keçidini rəsmən açıqladı – FOTO

“Bavariya” Türkiyənin “Qalatasaray” klubundan 23 yaşlı sağ cinah müdafiəçisi Saşa Boeni transfer etdiyini  açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bu mənim üçün gerçəkləşən bir xəyaldır. “Bavariya” kimi böyük klubda oynamaq mənim üçün böyük şərəfdir. Bu böyük oyunçularla oynamağı səbirsizliklə gözləyirəm. Mən hücum etməyi sevən müdafiəçiyəm. Həm öndə, həm də müdafiədə oynamağı xoşlayıram”, – deyə “Bavariya”nın rəsmi saytı Boenin sözlərindən sitat gətirib.

Münhen klubu Boe ilə 2028-ci ilin yayına qədər müqavilə  bağlayıb.

Türkiyə çempionatının cari mövsümündə futbolçu 19 oyun keçirib və 1 qol vurub. Futbolçunun UEFA Çempionlar Liqasında da 12 oyunu və bir qolu var. Transfermarkt internet portalı kamerunlu müdafiəçinin bazar dəyərini 22 milyon avro qiymətləndirir.

“Bavariya” onun keçidini rəsmən açıqladı – FOTO

Aut.az