Finalın adı müəyyənləşdi
Rusiyalı tennisçi Daniil Medvedev Melburnda keçirilən “Australian Open 2024″ün finalına yüksəlib.
Aut.az xəbər verir ki, o, yarımfinalda Almaniyanı təmsil edən həmyerlisi Aleksandr Zverevi məğlub edib. 4 saat 22 dəqiqə davam edən görüş 5:7, 3:6, 7:6 (7:4), 7:6 (7:5), 6:3 hesabı ilə Medvedevin xeyrinə başa çatıb.
“Australian Open 2024″ün finalında Medvedev Yannik Sinnerlə qarşılaşacaq. Görüş yanvarın 28-d baş tutacaq.
