Ronaldonun Corcinası yenə geyimi ilə heyrətləndirdi – FOTOLAR
Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez yenə gündəmə gəlib. Argentinalı model bu dəfə “Globe Soccer Awards” və “Joy Awards”dakı geyimləri ilə hər kəsi heyrətə gətirib.
Aut.az xəbər verir ki, Dubaydakı tədbirdən bir neçə gün keçsə də, o dillərdən düşmür. 2016-cı ildən portuqaliyalı ulduzla münasibətdə olan 29 yaşlı gözəl tədbirdə mükafat almasa belə, gözləri üzərinə çəkə bilib.
O, üç nüfuzlu mükafata layiq görülən Ronaldonu müşayiət edib.




Dubaydakı tədbirdən bir neçə gün sonra o, yenidən Səudiyyə Ərəbistanında parlaq paltarda səhnəyə çıxıb.
Corcina Riyad Mövsümünün bir hissəsi olan və GEA-nın ev sahibliyi etdiyi “Joy Awards” mərasimində geyimini cazibədar brilyant boyunbağı, qara əlcək və dikdaban ayaqqabı ilə birləşdirib.
Bu mərasim ərəb dünyasında əyləncə yaradıcılarının ən böyük bayramı kimi təsvir edilir.
Mərasimlərdən şəkillərini paylaşdıqdan sonra pərəstişkarları onun geyimlərindəki parıltı və məftunediciliyinə diqqət çəkiblər.



