Dünya futbolu

Messi və Ronaldonu onlar əvəz edəcək – Kapellonun iddiası

Məşhur italyan mütəxəssis Fabio Kapello Cude Bellinqem və Kilian Mbappe arasındakı qarşıdurmanı proqnozlaşdırıb.

Aut.az xəbər verir ki, Kapello Messi və Ronaldonun yerini bu iki futbolçunun tutacağını iddia edib.

-Mənim üçün Messi və Kristiano kimi mübarizə aparacaq iki oyunçu Mbappe və Bellinqemdir.

– Amma Haaland da var.

-Bu ikisinin texniki təchizatı Haalanddan daha yüksəkdir. Norveçli inanılmaz hücumçudur, vəhşidir, texniki cəhətdən də yaxşıdır, qol vurur. Bununla belə, Mbappe və Bellinqemdə hər şey var: qollar, texnika, driblinq. Haaland zona oyunçusudur və 9 nömrə kimi təmiz hücumçu kimi yaxşı işləyir.

– Doqquz nömrələrin sayı getdikcə azalır.

– Demək olar ki, yoxdur, çox azdır. Ancaq Mbappe və Bellinqem fərqli bir şeyə sahibdirlər.

Aut.az