“Bavariya”nın Alonso plan
“Bavariya” bu mövsümün sonuna qədər baş məşqçisi Tomas Tuxeli istefaya göndərmək fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Kerri Hou məlumat verib.
Mənbənin sözlərinə görə, Münhen klubunun rəhbərliyi və futbolçuları 50 yaşlı mütəxəssisin peşəkar keyfiyyətlərinə şübhə etmirlər. “Pivəçilər” hazırda Tuxelə tamamilə güvənir. Lakin onun yayda ayrılma ehtimalı yaranacağı təqdirdə “Bayer”in baş məşqçisi Xabi Alonsonu komandaya dəvət etmək variantını araşdırır.
Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. O, Münhen klubu ilə 2022/2023 Bundesliqasının qalibi olub.
Hazırda Almaniya Bundesliqasında keçirdiyi 18 oyundan sonra “Bavariya” 44 xalla ikinci pillədə qərarlaşıb. Çempionatın lideri 48 xalı olan “Bayer”dir.
