Şahruddin Məhəmmədəliyev seyvləri ilə fərqləndi
“Adana Demirspor” Türkiyə Super Liqasının XXII turunda “Beşiktaş”la heç-heçə edib – 0:0.
Aut.az xəbər verir ki, Adana təmsilçisinin qolkiperi Şahruddin Məhəmmədəliyev görüşün ən yaxşı oyunçusu seçilib. O, matçda 6 seyvlə yadda qalıb və komandasının bir xal qazanmasında böyük pay sahibi olub.
“Adana Demirspor” Super Liqada 31 xalla 6-cı sıradadır. “Beşiktaş” isə 36 xalla 4-cü pillədə qərarlaşıb.
