Türkiyə

İngiltərə klubundan Türkiyəyə

“Antalyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi “Hall Siti”dən Doğukan Siniki heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Doğukan mövsümün sonuna qədər icarə əsasında Antalya klubunda çıxış edəcək.

23 yaşlı futbolçu sezonun əvvəlində məhz “Antalyaspor”dan “Hall Siti”yə keçmişdi.