Ten Haqın transfer istəyini tənqid etdi: Ronaldonun gəlişi ilə…
“Mançester Yunayted”in keçmiş oyunçusu Pol Parker maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haqın Kərim Benzemanı transfer etmək fikrini tənqid edib:
“Yəqin ki, bəzi azarkeşlər bunu qəbul edəcək, amma bu, böyük səhv olacaq. Rasmus Hoylund gələcəkdir. Onun qədər ac olmayan Benzema ilə müqavilə bağlamaq böyük səhv olardı. Kərimi heyətə qatmaq geri addımdır. Ola bilər ki, o, reklam məqsədilə gətirilsin, amma hər halda “Mançester Yunayted”in buna ehtiyacı yoxdur.
Qeyd edək ki, Benzemanın “Əl-İttihad”dan ayrılaraq Avropaya qayıtmaq istədiyi məlum olub.
