“Nə “yeni Pele”, nə də “yeni Ronaldo” olmaq istəmirəm”
Gələn yay “Real” keçəcək “Palmeyras”ın 17 yaşlı mərkəz hücumçusu Endrik maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, Pele və Ronaldo Nazario kimi əfsanəvi braziliyalı futbolçularla müqayisə edilməsinə münasibət bildirib:
“İnsanların mənim haqqımda dediyi şeylər var, məsələn, mən “yeni Pele” və ya “yeni Ronaldo”yam. Mən Endrik olmaq istəyirəm. Haqqımda nə deyəcəklərinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. İndi mənim üzərimdə böyük bir məsuliyyət var və bu təzyiqə tab gətirəcəyəm. Çünki bilirəm ki, mən ailəmə kömək edə, həmçinin digər gəncləri də ruhlandıra bilərəm”.
Xatırladaq ki, Endrik ötən mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.
