Dünya futbolu

Mourinyo qovulduğuna görə milyonlar qazanıb – FOTO

Yanvarın 16-da “Roma” portuqaliyalı baş məşqçi Joze Mourinyonu istefaya göndərdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin nə qədər təzminat alacağı bəlli olub. Bu barədə  Portuqaliyanın “A Bola” nəşri yazıb.

Nəşr Jozenin karyerası ərzində qovulmalara görə aldığı kompensasiyanı da hesablayıb.

Portuqal mütəxəssis karyerası ərzində altı dəfə – iki dəfə “Çelsi” və bir dəfə “Real Madrid”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”dan istefaya göndərilib.

Bu qovulmalara görə portuqaliyalı çalışdırıcı 100 milyon avroya yaxın təzminat alıb.

Daha əvvəl İtaliya mətbuatı Mourinyonun “Roma”dan 9 milyon təzminat alacağını yazmışdı. Portuqaliya mətbuatı isə daha aşağı rəqəm göstərir – 3,5 milyon avro.

Mourinyo qovulduğuna görə milyonlar qazanıb - FOTO

Aut.az