Məşhur müğənni arenaya gəldi, fanata elə jest etdi ki… – FOTO
Taylor Svift ən şirin məşhurlardan biri hesab olunur. Çünki o, həmişə pərəstişkarları ilə böyük məmnuniyyətlə ünsiyyət qurur və hətta onlara yaddaqalan hədiyyələr də verir.
Aut.az xəbər verir ki, məşhur müğənni Amerika futbolunda “Kansas City Chiefs” – “Dolphins” komandaları arasında keçirilən oyunda Teylor bir daha mehribanlığını nümayiş etdirib.
Artıq bir neçə aydır ki, müğənni “Kansas City Chiefs”də çıxış edən Trevis Kelce ilə görüşür. Həddindən artıq məşğul olmasına baxmayaraq, Svift sevgilisinin bütün matçlarında iştirak etməyə çalışır və həmişə onu fanat şərfi və ya sviter geyinərək alqışlayır. Son matçların birində Teylor sevimli qırmızı şərfində yenə də arenada olub.
Müğənni tribunada əyləşən azarkeşlərdən birinin soyuqdan titrədiyini görərək ona şərfini bağışlayıb.
Bəxti gətirən fanat artıq bir neçə ildir ki, Teylorun mahnılarını dinləyən Bet Linç olub.

Aut.az
