Klubunun tarixinə düşdü
Müdafiəçi Şimus Kolman “Everton”un tarixinə düşüb.
Publika.az xəbər verir ki, o, “mavilər”in klub çempionatdakı ən çox oyun keçirən futbolçu olub. Kolman buna 21-ci tur çərçivəsində baş tutan “Aston Villa” ilə görüşdə meydana çıxmaqla nail olub.
Bütöv oyunu meydanda olan 35 yaşlı cinah müdafiəçisi 355-ci Premyer Liqa matçını keçirib. O, Amerikalı keçmiş komanda yoldaşı Tim Hovardın 354 oyunluq rekordunu qırıb.
Kolman Premyer Liqada debütünü 2009-cu ilin oktyabrında 21 yaşında edib.
