Dünya futbolu

Benzema cəzalandırıldı: Ərəbistan macərası bitir?

Fransalı ulduz hücumçu Kərim Benzema “Əl İttihad”ın məşqlərindən uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Marselo Qalardo verib.

Yanvarın 12-də Benzema qış məzuniyyətindən qayıtmalı idi, lakin vaxtında gəlməyib. Fransız Mavrikiydə tətildə idi və siklon səbəbindən Səudiyyə Ərəbistanına vaxtında qayıda bilməyib.

Lakin Qallardo bu izahatlara əhəmiyyət verməyib və Benzemanı Dubayda keçiriləcək mini tur üçün siyahıya daxil etməyib.

Benzema yeni ildən əvvəl də üzrlü səbəb olmadan bir neçə komanda məşqini buraxıb.

Bu vəziyyət Benzemanın “Əl İttihad”dan ayrılmasına səbəb ola bilər. Fransa mətbuatının yazdığına görə, PSJ forvardı 6 aylıq icarəyə götürməkdə maraqlıdır.