İngiltərəDünya futbolu

Qərarını verdi: Doğma klubuna keçəcək

Xorvatiyanın “Hayduk” klubu “Tottenhem”in 34 yaşlı yarımmüdafiəçisi İvan Perişiçi heyətinə qata bilər.

Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Şira məlumat verib.

Onun görə, futbolçu zədəsini sağaltdıqdan sonra yetirməsi olduğu kluba keçməyə hazırdır.

Xorvatiyalı futbolçu 2022-ci ilin yayında “İnter”dən “Tottenhem”ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 50 matçda iştirak edib, 1 qol vurub və 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.