“Beşiktaş” 1,2 milyon məvacib təklif etdi: O isə..
Türkiyənin “Beşiktaş” klubu “Srvena Zvezda”da çıxış edən Aleksandar Draqoviçin xidmətinə ciddi maraq göstərir.
Aut.az xəbər verir ki, İstanbul klubunun avstriyalı futbolçu üçün 700 min avro təklif etdiyi bildirilir.
“Beşiktaş” Draqoviçin özünə mövsümə 1,2 milyon avro maaş vəd edib. Amma futbolçu ilə 1,5 milyon tələb edir.
Bildirilir ki, “Srvena Zvezda” da təcrübəli mərkəz müdafiəçisini öz sıralarında saxlamaq istəyir.
Qeyd edək ki, Draqoviçin Serbiya klubu ilə müqaviləsi bu ilin iyunun 30-na kimidir.
Aut.az
