Dünya futbolu

Ronaldonun oğlu qol vurdu, belə qeyd etdi – VİDEO

“Əl-Nəsr”in uşaq komandasında oynayan Kriştiano Ronaldonun 13 yaşlı oğlu “Əl-Fateh”lə oyunda (2:1) komandasına qələbəsinə töhfə verib.

Aut.az xəbər verir ki,  bu matçda kiçik Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirib.

O, qol sevincini atasının üslubunda qeyd edib.

Kiçik Ronaldo “Əl-Nəsr”də yaşıdları ilə deyil, U-15 komandası ilə məşq etdiyi bildirilir.

Əvvəllər KriRo Instagram-da oğluna cərimə zərbəsini necə düzgün yerinə yetirəcəyini göstərən video yayımlamışdı.

Aut.az

https://twitter.com/i/status/1745832146445463961