Türkiyə

“Qalatasaray” xal itirdi

Türkiyə Super Liqasında XVI tura yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Alanyaspor” azarkeşləri önündə “Ankaragücü” ilə heç-heçəyə razılaşıb. Sərgən Yalçının rəhbərlik etdiyi “Antalyaspor” “Pendikspor” səfərindən qələbə ilə dönüb.

Baş məşqçi postuna Fernando Santosu gətirən “Beşiktaş” “Rizespor”u 4 cavabsız qolla məğlub edib. “Başakşəhər” isə “Kasımpaşa” səfərində 3 xalı 3 qolla qazanıb.

“Qalatasaray” bu turda səfərdə “Sivasspor”la heç-heçə edib. “Trabzonspor” isə “Samsunspor”a qalib gəlib.

Türkiyə Super Liqası
XVI tur

9 yanvar

Alanyaspor – Ankaragücü 1:1
Qollar: 
C.Balkoveç, 48 – U.Radakoviç, 68

Pendikspor – Antalyaspor 0:1
Qol: 
B.Öztürk, 19

Kasımpaşa – Başakşəhər 0:3
Qollar: 
S.Gürler, 24, P.Keni, 54, C.Opoku, 68

Rizespor – Beşiktaş 0:4
Qollar: 
M.Raşiça, 4, S.Kılıçsoy, 45, 46, C.Tosun, 79

10 yanvar

Hatayspor – Qaziantep 0:0

Karagümrük – Kayserispor
Qollar:
 Roden, 23. 38. 41. Lasanya, 52 – Morte, 45+2.

Adana Dəmirspor –  İstanbulspor 2:2
Qollar: 
Barasi, 29. Qravillon, 78 – Vorobyovas, 80. Duhaney, 84.

Fənərbağça – Konyaspor 7:1
Qollar: 
Dzeko,11(pen) 32. 40. M.Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. U.Yazgili, 83 (avtoqol) – Gilyerme, 90.

11 yanvar

Sivasspor – Qalatasaray 1:1
Qollar:
 F.Koita, 86 (pen.) – K.Demirbay, 45+1

Trabzonspor – Samsunspor 2:1
Qollar:
 F.Benkoviç, 21, P.Onauçu, 45+1 – T.Antalyalı, 90+5 (pen.)