Dünya futbolu

İlk işi bu olacaq: Hazıra nazir olanları qovacaq

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti postuna yeganə namizəd Andrey Şevçenko yaxın günlərdə regional futbol assosiasiyaları, Premyer Liqa və Peşəkar Futbol Liqasının rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Aut.az Sport.ua-ya istinadən bildirir ki, seçki turu yanvarın 16-da Lvovda başlayacaq, 17-18-də Kiyevdə, 19-da Odessada, 21-də Xarkovda belə görüşlər keçiriləcək.

Mənbənin sözlərinə görə, Andrey Şevçenko Ukrayna futbolunun rəhbəri olanda ilk işi UAF strukturunda ixtisar aparmaq olacaq.

Məsələ İcraiyyə Komitəsinin 18 üzvünün olacağı gözlənilir.

Müqayisə üçün qeyd edək ki, UAF İcraiyyə Komitəsinin hazırkı tərkibində 43 funksioner var.

Aut.az