Müəmma: Rusiya nümayəndə heyəti UEFA-nın tədbirinə gedir
Rusiya Futbol İttifaqı (RFU) Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) növbəti konqresində iştirak edəcək.
Aut.az xəbər verir ki, bu barədə TASS-a RFU prezidenti Aleksandr Dyukov məlumat verib .
Funksionerin sözlərinə görə, tədbirə gedəcək nümayəndə heyətinin tərkibi artıq müəyyənləşib.
UEFA Konqresinin iclası fevralın 8-də Parisdə keçiriləcək.
2022-ci il fevralın 28-də FİFA və UEFA Rusiya milli komandalarını və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.
Aut.az
