Salahın bəxti belə gətirdi – VİDEO
Misir yığmasının lideri Məhəmməd Salah bəxtinin köməyi ilə Tanzaniya millisi ilə yoldaşlıq görüşündə qol vurub.
Aut.az xəbər verir ki, matçın 73-cü dəqiqəsində Salah penaltini yerinə yetirib. Güclü zərbədən sonra top dirəyə tuş gələn top sıçrayaraq tanzaniyalı qapıçının kürəyinə dəyib və tora daxil olub.
Bundan əlavə, 32-ci dəqiqədə Salah Mahmud Həsənə məhsuldar ötürmə edib. Nəticədə Misir Tanzaniyaya 2:0 hesabı ilə qalib gəlib.
Aut.az
