Özünə qoyulmur: Yenə qadınları tənqid etdi
Sabiq ingilis futbolçu, hazırda “Bristol Rovers”in baş məşqçisi Co Barton FA Kubokunun 1/32 finalında keçirilən “Kristal Pelas” – “Everton” (0:0) matçına görə qadın ekspert Eni Alukonu tənqid edib.
“O, topu necə vuracağını belə bilmədiyi halda kişi futbolu haqqında necə danışır? “Everton” oyunu haqda danışması, onu ən aşağı səviyyəyə qaldırdı”, – Barton sosial media X-də (əvvəllər Twitter) yazıb.
Barton əvvəllər futbolda qadınlarla bağlı söylədiyi fikirlərə görə tənqid atəşinə tutulub. Təxminən bir ay əvvəl Co demişdi ki, qadınlar kişi futbolu haqqında səlahiyyətlə danışmamalıdırlar. Barton qadın futbolunun fantastik irəliləyiş əldə etdiyini etiraf etmiş, lakin kişi futbolunu “tamamilə fərqli bir oyun” olduğunu bildirmişdi.
Aut.az
