Voleybol

Milli komanda yenə məğlub oldu

Bu gün Litvanın Şaulyay şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçovəsində 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, yığma Ukrayna ilə qarşılaşıb.

Matç yığmanı  0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan bundan əvvəl Estoniya və Latviyaya da eyni hesabla uduzub