Əfsanə döyülmüş vəziyyətdə tapıldı
Əfsanəvi ingilis futbolçu Pol Qaskoyn Bornmutda dəniz sahilində yerləşən otelin qarşısında döyülmüş vəziyyətdə tapılıb.
Aut.az xəbər verir ki, “Daily Mail”in hadisə şahidi Terri Svintonun ifadəsinə istinadən verdiyi məlumata görə, məşhur futbolçu ondan pul almağa çalışdığı iddia edilən kişi və qadınla mübahisə edib.
Svinton daha sonra köməyə gəlib və keçmiş “Tottenhem” otelinə aparıb, Otel işçiləri ilə ayrılmadan əvvəl 10 dəqiqə onunla birlikdə oturub.
56 yaşlı Qaskoyn illər boyu alkoqol və narkotiklə bağlı böyük problemlər yaşayıb. Hətta karyerası ərzində o, zarafatları və gecə əyləncələri ilə tanınıb.
