Məşhurlar Yeni ili belə qarşıladılar – FOTO
2024-cü il artıq nəhəng planetimizin bütün guşələrinə daxil olub.
Bu sehrli gündə sözün əsl mənasında hər ev əsl nağıl və möcüzələrlə dolu idi. Hər kəs Yeni ili sevir və onu böyük şəkildə qeyd etməyə çalışır ki, qarşıdan gələn 12 ay uğurlar gətirsin.
Aut.az bəzi məşhurların 2024-cü ili necə qarşıladıqları haqda məlumat verir:
David və Victoria Beckham
Məşhur cütlük bayramları ənənəvi olaraq ailələri ilə keçirirlər. Bekhemlər bu dəfə demək olar ki, tam tərkibdə Yeni il süfrəsi arxasında toplaşıblar. “İtkin” düşənlər yalnız onların böyük oğlu Bruklin, həmçinin həyat yoldaşı Nikola Peltz olub. Bekhemlərin əsas qonaqlarından biri isə Viktoriyanın valideynləri olub.
Kriştiano Ronaldo və Corcinyo Rodriges
Futbolçu sevgilisi ilə birlikdə bayramı Portuqaliyada qeyd edib. Cütlük Yeni il gecəsini Madeyrada baş tutan gur ziyafətdə keçirib. Corcinya sosial şəbəkələrində hər kəsə sevgi, harmoniya və bütün arzuların gerçəkləşəcəyi gecələr arzulayıb.
Aleksandr Oveçkin və Anastasiya Şubskaya

Cütlük Yeni ili dəbli qarşılamaq qərarına gəlib. Şənlik gecəsi üçün qara paltarlar seçdilər və Anastasiya məzəli karnaval eynəkləri ilə görünüşü daha parlaq edib.
İrina Şeyk
Amma gözəl İrina Şeyk Yeni ili okeanın yaxınlığında qeyd edib. Yeni il ərəfəsində model çimərlik geyimində isti fotolar paylaşıb. Görünür, qız günəş altında dincəldikdən sonra çimərlik əyləncəsinə gedib.
Aut.az
