Digər

Olimpiya və dünya çempionu qəflətən vəfat etdi

Rusiyanın həndbol yığmasının heyətində Olimpiya çempionu olan Eduard Kokşarov 51 yaşında qəflətən vəfat edib.

Aut.az xəbər verir ki,  bu barədə Eduard Kokşarovun işlədiyi Belarusun “Meşkov Brest” klubunun mətbuat xidməti açıqlayıb. Belarus klubunun bəyanatında deyilir:

“Dərin kədər hissi ilə həndbol klubumuzun baş məşqçisi, Olimpiya çempionu, dünya çempionu və Çempionlar Liqasının qalibi Eduard Aleksandroviç Kokşarovun 51 yaşında qəfil vəfat etməsini elan edirik”.

Aut.az