Dünya futbolu

Koreyada ilin ən yaxşısı bəlli oldu – Son Hın Min deyil

“Bavariya”nın müdafiəçisi Kim Min Cea Cənubi Koreyada ilin ən yaxşı futbolçusu seçilib.

Aut.az xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyası məlumat yayıb.

27 yaşlı futbolçu səsvermədə daha əvvəl bu mükafatı ardıcıl 4 dəfə qazanmış “Tottenhem”in hücumçusu Son Hın Mini qabaqlayıb.

2023-cü ildə Kim Min Cea “Napoli” ilə İtaliya çempionluğunu qazanıb və “Ballon d’Or” səsverməsində 22-ci olub.

Koreyada ilin ən yaxşısı bəlli oldu – Son Hın Min deyil

Aut.az