Dünya futbolu

Nə baş verir? – Düşərgəni tərk etdi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandasının son iki məşqini buraxıb.

Aut.az xəbər verir ki, fransalı futbolçu komandasının bu gün baş tutacaq çempionat matçında iştirak etməyəcək. Bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, 36 yaşlı futbolçu məşqdə iştirak etməməklə yanaşı, Səudiyyə Ərəbistan klubunun məskunlaşdığı Ciddə şəhərini də tərk edib. Benzemanın gedişinin səbəbi barədə məlumat yoxdur. Fransalı hücumçunun Səudiyyə klubunun rəhbərliyi ilə münaqişəsinin ola biləcəyi ehtimal edilir.

Bundan əlavə, Benzema son oyunlarda göstərdiyi performansa görə azarkeşlər tərəfindən tənqid atəşinə tutulub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatının son turunda onun komandası “Əl-Nəsr”ə 2:5 hesabı ilə uduzub. Fransalı hücumçu bundan “İnstagram” hesabını bağlayıb.