İndi də ekzotik quşun ölümündə günahlandırılır – FOTO
Yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqor yenidən qalmaqalın mərkəzindədir.
Aut.az xəbər verir ki, bu dəfə hadisənin günahkarı idmançının özü deyil, sahibi olduğu daşınmaz əmlak şirkətidir.
“The Sun” bildirir ki, Dublinətrafı Drmin sakini Devid Dann Makqreqorun şirkətindən şikayət edib. 37 yaşlı Devid 30 ekzotik tutuquşu kolleksiyasına sahibdir və onlardan biri, lutino konure (təxminən 1300 funt sterlinq dəyərində) Dannın evinin yaxınlığındakı mülkdə sınaq qazması aparıldıqdan sonra infarktdan ölüb.
“Bütün quşlarım bundan həqiqətən stress keçirdilər. Onlardan bəziləri stressdən lələk yolmağa başladı. Ona görə də bir şey etməliyəm. Mən zəng edib bu barədə Makqreqorun şirkətinə məlumat verdim. Gəlib ölü quşu görüb dedilər: “Bağışlayın, buna görə üzr istəyirik, quşu əvəz edəcəyik. Mənə dedilər ki, quş itkisini ödəyəcəklər, amma vermədilər.
Nəticədə yerdə qalan quşları başqa yerə daşımalı oldum. İndi bütün günü sürücü işləməli, evə gəlməli, tutuquşular üçün yemək almalı, Viklouya sürməli və onlara yem verməliyəm. Bu, mənim və ailəmin vaxtını alır”, – mənbə incimiş quş sahibinin sözlərini sitat gətirib.
Aut.az



