Dünya futbolu

Forma nömrəsi ilə bağlı qərar verildi: Karyerasını bitirəndən sonra…

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Çiki Tapia Lionel Messinin milli komandadakı karyerasını başa vurduqdan sonra onun forma nömrəsinin əbədiləşdiriləcəyini  bildirib.

“Messi milli komandadan gedəndə ondan sonra heç kimə 10 nömrəli formanı geyinməyə icazə verməyəcəyik. Bu 10 nömrə Messiyə hörmət əlaməti olaraq daimi əbədiləşdiriləcək. Bu, edə biləcəyimiz minimumdur”, – Sport.es Tapianın sözlərini sitat gətirir.

Xatırladaq ki, Messi 2005-ci ildən Argentinanın böyüklərdən ibarət milli komandasında çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 180 matçda iştirak edib, 106 qol vurub, 56 məhsuldar ötürmə edib. Argentina millisinin tərkibində Messi 2022-ci ildə Dünya Kubokunun və 2021-ci ildə Amerika Kubokunun qalibi olub.

Aut.az