Qovulduğuna görə pul tələb edir
“Lyon”un sabiq baş məşqçisi Fabio Qrosso komandadan qovulması ilə ona dəyən imic ziyanına görə klubdan kompensasiyası tələb edir.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello” məlumat yayıb.
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis Fransa təmsilçisinə güzəştə getmək, 2024-cü ilə qədər olan müqaviləni ləğv etmək niyyətində deyil. İtaliya millisinin keçmiş oyunçusu qovulmasının onun imicinə və reputasiyasına xələl gətirdiyinə inanır və 1,5-2 milyon avro təzminat tələb edir.
Xatırladaq ki, Fabio Qrosso bu il sentyabrın 16-dan Fransa klubunu çalışdırmağa başlayıb. Noyabrın 30-da isə “Lyon” Qrossonu baş məşqçisi postundan uzaqlaşdırdığını açıqlayıb. Dünya çempionu futbolçu karyerasının iki ilini məhz bu klubda keçirib.
