Dünya futbolu

PSJ-dən Neymarın “cəhənnəm” iddiasına reaksiya: Hər ikisi…

PSJ sabiq hücumçusu Neymarın sözlərinə reaksiya bildirib.

Xatırladaq ki, Neymar bildirmişdi ki, argentinalı Lionel Messi ilə birlikdə klubda oynayarkən özlərini cəhənnəmdə hiss ediblər.

Aut.az xəbər verir ki, Paris nəhəngi bu iddiaya belə cavab verib:

“Biz heç bir şərh vermirik. Bizdə eleqantlıq var. Maraqlıdır ki, hər iki oyunçu – Messi və Neymar PSJ-də qalmaq istəyirdi”, – deyə komandanın mətbuat xidməti xatırladıb.

Avqustun 15-də Neymar PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Aut.az