İngiltərə

Həmyerlisi Ronaldonu haqladı

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Kriştiano Ronaldonun İngiltərə Premyer Liqasındakı uğurunu təkrarlayıb.

Aut.az xəbər verir ki, İngiltərə çempionatının 19-cu turunun “Everton”la matçında (1:3) Silva Premyer Liqada 37-ci məhsuldar ötürməsini edib. O, portuqaliyalı futbolçular arasında ən çox asist edən ikinci oyunçuya – Ronaldoya çatıb.

Onların həmyerliləri arasında Premyer Liqada ən çox ötürmə edən Nani olub. Hazırda “Adana Dəmirspor”da çıxış edən vingerin aktivində 43 məhsuldar ötürmə var.

Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm futbolçu İngiltərə çempionatında 15 matçda iştirak edib. O, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.