Futbolçu 22 yaşında vəfat etdi
İngiltərənin yarıpeşəkar “Haştaq Yunayted” klubunun futbolçusu Raman Sidhu 22 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sidhu ürək dayanması səbəbindən vəfat edib.
“Xilasedicilərin iki saatdan artıq göstərdiyi bütün səylərə baxmayaraq, təəssüf ki, Raman həyatını itirdi. Onun ailəsinə, komanda yoldaşlarına səmimi başsağlığımızı bildiririk”, – klubun açıqlamasında qeyd olunub.
Aut.az
