İspaniya

“Atletiko”dan sonra karyerasını burada davam etdirmək istəyir

“Atletiko” və Fransa millisinin hücumçusu Antuan Qrizmann Madrid klubunda karyerasını başa vurduqdan sonra MLS komandalarından birinə keçmək istədiyini etiraf edib.

“Gələcəkdə Avropadan kənarda MLS-də oynamaq istərdim. Amma yüz faiz əminəm ki, “Atletiko” mənim son Avropa komandam olacaq. Bura özümü ən xoşbəxt hiss etdiyim yerdir. Burada özümü evimdəki kimi hiss edirəm”, – Qrizmann AS-a bildirib.

32 yaşlı fransızın “hindular”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Qrizmann daha əvvəl Mayami və ya Los-Ancelesdə yaşamaq istədiyini qeyd etmişdi.

Aut.az