Dünya futbolu

Ronaldo ilə Şevçenko bu emosional paylaşımı bəyəndi

“Əl-Nəsr”in futbolçusu Kriştiano  Ronaldo və “Milan”ın əfsanəsi Andrey Şevçenko Superliqanın yaradılmasına qarşı çıxan Monteneqronun 3-cü divizionunda çıxış edən “Fans United”in sosial şəbəkələrdəki paylaşımını bəyənib.

“Xahiş edirəm, arzumuzu əlimizdən almayın. Super Liqanın baş tutmasına imkan verməyin. Qoy biz və bütün kiçik klublar xəyal qursun”, – “Fans United” sosial şəbəkədə paylaşım edib.

“Fans United” klubu Monteneqronun paytaxtı Podqoritsada futbol azarkeşləri tərəfindən yaradılıb. Klubun mətbuat xidməti öz paylaşımında izah edib ki, Super Liqa kiçik klubların böyük turnirlərdə iştirak etmək arzularını təhdid edir.

Bundan əvvəl məlum olub ki, Avropa Məhkəməsi UEFA-nın ümumavropa Superliqasının yaradılmasına qadağa qoymasını qeyri-qanuni elan edib. Bununla belə, artıq 26 Avropa klubu yeni turnirin yaradılmasına qarşı çıxıb.

Aut.az