Avropa çempionu qəzada öldü
Rusiya və Avropa çempionatlarının qalibi olan rusiyalı boksçu Albert Rodionov Krasnodar diyarında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb. Bildirilir ki, 25 yaşı olan boksçu qəza nəticəsində ölüb. Onun yeddi yaşlı qızı vardı.
Albert Rodionov Rusiya çempionatının üçqat qalibi, Avropa çempionatının qalibidir.
Aut.az
