Suareslə razılaşdılar: Müqavilənin detalları
Luis Suares yenidən Lionel Messi ilə oynayacaq. O, “İnter Mayami”yə keçir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano yazıb. O bildirib ki, Suaresin “İnter Mayami”yə keçidi tam razılaşdırılıb.
Suares “İnter Mayami” ilə 1+1 şərtilə müqavilə imzalayacaq.
2023-cü ildə uruqvaylı “Qremio” da oynyıb və 17 qol vuraraq 11 məhsuldar ötürmə ilə Braziliya çempionatının ən yaxşı oyunçusu seçilib.
Onun hazırkı müqaviləsi dekabrın 31-də başa çatır.
Suares 2014-2020-ci illərdə Lionel Messi ilə birlikdə “Barselona”da çıxış edib.
Aut.az
