Qovulandan sonra ilk dəfə danışdı: Sülh yolu ilə…
“Bavariya”nın idarə heyətinin sabiq sədri Oliver Kan ötən mövsümün sonunda qovulduqdan sonra Almaniya klubu ilə münasibətlərindən danışıb.
“Nəhayət, hazırkı vəziyyəti şərh etmək istərdim: bu yay biz “Bavariya” futbol klubu ilə əməkdaşlığımızı dayandırmaq və gələcəkdə bir-birimizə hörmətlə yanaşacağımız barədə razılığa gəldik.
Laqeydliyə və hadisələrin təhrif edilməsinə baxmayaraq, mən “Bayern”ə qarşı ədalətli davranmağa davam edəcəyəm. İlin sonunda sülh yolu ilə bu məsələni həll etməyimiz də klubun maraqlarına uyğundur.
“Bavariya” ailəsinin bir hissəsi olaraq qaldığım üçün xoşbəxtəm, ürəyim həmişə bu klub üçün döyünür”, – Kan “X” sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yazıb.
Oliver 2021-2023-cü illərdə klubun idarə heyətinin sədri olub. Onun rəhbərliyi altında “Bavariya” iki dəfə Bundesliqanın qalibi olub.
Aut.az
