Abramoviç yenə uduzdu
Rusiyalı milyarder Roman Abramoviç Avropa İttifaqı sanksiyalarının ləğvi ilə bağlı məhkəmədə uduzub.
Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Aİ-nin Brüssel məhkəməsi Abramoviçin Rusiya polad şirkəti “Evraz”dakı rolunu qeyd edərək, iddianı, eləcə də təzminat tələblərini rədd edib.
Sanksiyalara məruz qalan Abramoviç 2022-ci ildə “Çelsi”ni satmaq məcburiyyətin qalmışdı. London klubu amerikalı sahibkar Todd Boley tərəfindən 4,82 milyard avroya alınıb. Razılaşmadan əldə edilən 2,6 milyard avronun Ukraynaya humanitar yardıma xərclənəcəyi güman edilirdi.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edilmişdi. İş adamı bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlib.
