“Zirə” “Sabah”dan futbolçu aldı – Bu qiymətə
“Sabah”ın futbolçusu Ceyhun Nuriyev karyerasını “Zirə”də davam etdirəcək.
Aut.az-ın əldə etdiyi məlumata görə, bu keçidə görə “qartallar” “bayquşlar”a təzminat ödəyəcək. Söhbət 100 min manatdan gedir. Nuriyevin “Sabah”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
U-21 millimizin sabiq üzvü yanvarda “Zirə”nın sıralarına qoşulacaq.
