Görəsən Venger məşqçi olsaydı FİFA-nı belə müdafiə edərdi?
FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger klublararası dünya çempionatının yeni formatını tənqid edənlərə cavab verib.
Aut.az xəbər verir ki. təcrübəli mütəxəssis yeni turnirin futbolun inkişafına təsir edəcəyini iddia edib:
“Futbol iki əsas qüvvə var: ölkələr və klublar. Klubların FİFA-nın format baxımından milli komandaların dünya çempionatına oxşar olacaq klublararası dünya çempionatı təşkil etmək qərarına gəlməsi məntiqlidir. Bunun klublara göstərəcəyi müsbət təsir çox böyük olacaq. Çünki bu, bütün dünya üzrə klubların inkişaf və rəqabət üçün resurslarını artıracaq. Avropada bu sarıdan bəxtimiz gətirib, amma futbolu həqiqətən qlobal etmək vacibdir. Bu, digər klubların irəliləməsi üçün şans yaradır. Əsl məqsəd də budur.
Bu, dünya üzrə daha çox oyunçuya ən yüksək səviyyədə rəqabət aparmaq üçün imkan verəcək. Hiss edirəm ki, futbol azarkeşləri həqiqətən də öz klublarının dünya arenasında mübarizə aparacağını gözləyirlər. Başa düşürəm ki, futbol təqvimi çox məşğuldur. Lakin bu, dörd ildə bir dəfə keçiriləcək yarışdır. Təbii ki, turnir zamanı və sonrakı istirahət müddətinə hörmətlə yanaşmaq lazımdır. Futbolda böyük yarışlara tələbat var. Bu turnirə də yaxşı dəstək verilib.
Zədələrin qarşısının alınması, bərpası, qidalanması və tibbi texnologiyada irəliləyişlərə baxarkən oyunçuların rifahı da son 20 ildə əhəmiyyətli dərəcədə artıb. VAR həmçinin oyunçuların qorunmasına kömək edir. Çünki oyunçular zədə ilə nəticələnən pis mübarizədən qurtula bilməyəcəklərini bilirlər. Beləliklə, ümumilikdə sosial təminat sahəsində böyük irəliləyişlər olub. Biz bu tərəqqini davam etdirmək istəyirik”.
Qeyd edək ki, FİFA klublararası dünya çempionatın 2025-ci ildən 32 komandaya qədər genişlənəcək və turnir hər il deyil, dörd ildən bir keçiriləcək. Formata əsasən, Avropa klubları turnirdə 32 yerdən 12-ni tutacaq. Qalan 20 yer isə KONMEBOL (Cənubi Amerika), KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi), AFC (Asiya), CAF (Afrika) arasında və OFK (Okeaniya) bölüşdürüləcək.
