Avropa klubları FİFA-ya qarşı qiyam qaldırdılar
İngiltərə Premyer Liqası rəhbərliyi FİFA-ya rəsmi şikayət məktubu ünvanlayıb.
Aut.az xəbər verir ki, çempionat rəhbərliyi qurumu Klublararası Dünya Çempionatının iştirakçılarının sayını 32-yə çatdırmaq üçün dünyanın aparıcı liqaları ilə məsləhətləşməməkdə ittiham edib. Məktubda bildirilir ki, FİFA öz maraqlarına üstünlük verir və futbolçuların sağlamlığı kimi vacib amili nəzərə almır. Mövsümdə matçların sayının artması onlara böyük təsir göstərəcək.
Premyer Liqa ilə yanaşı, dünyanın 43 liqası, o cümlədən Bundesliqa, La Liqa və A seriyası da şikayət məktubunu imzalayıb.
Xatırladaq ki, hazırda Klublararası Dünya Çempionatı sonuncu dəfə ənənəvi formatda keçirilir. Növbəti yarış 32 komandalı çempionat formatında olacaq. İştirakçılar 8 qrupa bölünəcək və ən yaxşı 2 komanda pley-offa vəsiqə qazanıb, kubokun sahibini müəyyənləşdirəcək.
