Yarış zamanı huşunu itirdi
Norveçli xizəkçi Juli Bjerviq Drivenes Dünya Kubokunun dördüncü mərhələsində 10 km klassik üslubda yarış zamanı huşunu itirib.
Aut.az xəbər verir ki, 24 yaşlı idmançı hadisəni şiddətli bel ağrısı ilə izah edib.
Yarış zamanı özünü pis hiss edən Drivenes mübatrizədən çəkilib və yerə yıxılıb. O, bir müddət huşsuz vəziyyətdə qalıb. Daha sonra ayağa qalxan idmanı göz yaşları içində treki tərk edib.
“Mən təslim olmaqdan imtina etdim və bu ağrıya uzun müddət dözdüm. Sonra panik atak keçirdim. Hiperventilyasiya başladı və mübarizəni dayandırmaqdan başqa çarəm qalmadı. Dəhşətli idi. Çox da qorxulu deyildi, çünki bunu dəfələrlə yaşamışam. Problemin nə olduğunu bilirəm. Mən sadəcə məyus oldum. Hazırlıq üçün çox səy göstərdim, lakin bu hadisəyə görə şanslarımdan istifadə edə bilmədim”, – NRK Drivenesin sözlərindən sitat gətirib.
Aut.az
