“Qarabağ”ın rəqibi bəlli olur
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.
Aut.az xəbər verir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək.
Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.
“Köhlən atlar”ın potensial rəqibləri bunlardır: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Ukrayna).
