Kənan Kərimov: “Etiraf edək ki, I Liqa ilə Premyer Liqa arasında fərq uçurumdur”
Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Karvan” oyunundan (3:1) sonra Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov jurnalistlərin suallarını cavablandırdı.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Komandamı təbrik edirəm, əzmkar mübarizə apardılar. Uşaqlar verdiyim tapşırıqların öhdəsindən gəldilər. Kubok bir oyundan ibarətdir, cavab matçı olsa, daha maraqlı olardı. Bu oyun komandamızın böyüməsi üçün faydalıdır. Heyətdə itkilərimiz var idi. Oyunda bəzi mövqelərdə yorğunluq hiss olundu. Ehtiyat skamyamız geniş olmadığı üçün çətinliklər oldu.
– Bu gün sona qədər mübarizə aparmağa təcrübə, ya səviyyə çatmadı?
– Etiraf edək ki, I Liqa ilə Premyer Liüa arasında fərq uçurumdur. Əsas oyunçularımızın yoxluğu da təsir göstərdi. Rəqib favorit olsa da, uşaqlar döyüşdülər. Bizim də imkanlarımız oldu. Daha dəqiq olsaydıq, fərqli nəticə ola bilərdi
