Atletika

2023-cü ilin ən yaxşı atletləri bəlli oldu

Beynəlxalq Atletika Federasiyası (World Athletics) 2023-cü ilin ən yaxşı idmançılarının adını açıqlayıb.

Aut.az xəbər verir ki, hər kateqoriya üzrə qaliblər ekspertlər və azarkeşlər arasında keçirilən səsvermə yolu ilə seçilib. İlin ən yaxşı idmançısı dayaqla tullanma üzrə isveçli Armand Duplantis seçilib.

İlin ən yaxşı qadın atleti isə üç təkanla tullanma növünün kraliçası, venesuelalı Yulimar Roxas olub. Qaçış növləri üzrə Keniyadan Feyt Kipeqon və amerikalı Noa Lays, qeyri-stadion növlərində isə qadınlar arasında Efiopiyadan olan marafonçu Tiqist Assefa və kişilər arasında keniyalı Kelvin Kiptum ən yaxşılar olub.

Aut.az