“Qarabağ”ın oyunundan əvvəl Respublika stadionunun acınacaqlı durumu – FOTO
Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” “Hakken”i qəbul edəcək.
Aut.az xəbər verir ki, oyunun keçirilməsinə 1 gün vaxt qalsa da, stadionun dam örtüyü yararsız vəziyyətdədir. Buna səbəb Bakıda son günlər əlverişsiz və küləkli hava şəraitinin hökm sürməsidir. Güclü külək arenanın dam örtüyünün bir hissəsini dağıdıb. Hadisə ötən gün baş verib.
Ancaq problem aradan qaldırılmayıb. Bu məsələylə podratçı şirkət məşğul olmalıdır. Ancaq həmin şirkətin başı təmir zamanı baş verən faciəvi hadisəyə qarışıb.
Aut.az stadionun dam örtüyünün hazırkı durumunu əks etdirən fotoları təqdim edir:






